"Biz korrupsiya və rüşvətin bütün yollarını kəsməkdə qərarlıyıq. Öz yaxınlarımızı buna qurşandırsaq, abrımızı aparacaqlar".
Redaktor.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
O bu gün keçirilən tədbirdə çıxışının əsasən korrupsiya və rüşvətxorluğa yönəldib. Pezeşkian ölkədə xarici valyuta, əsasən, dollar alqı-satqısına ciddi dövlət nəzarətinin qoyulacağını qeyd edib.