AZ

Ramzan Kadırov 20 yaşlı oğluna daha bir vəzifə VERDİ – FOTO

2026-cı ilin əvvəlində Çeçenistan Respublikası hökumətinin strukturunda kadr dəyişiklikləri edilib. Axmat Kadırov və Əhməd Dudayev yeni vəzifələrə təyin olunub.

Paralel.az xəbər verir ki , bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında yazıb.

Onun sözlərinə görə, Axmat Kadırov baş nazirin müavini – fiziki tərbiyə və idman naziri vəzifəsinə, Əhməd Dudayev isə baş nazirin müavini – milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri vəzifəsinə icraçı təyin olunub:

“Qərar hər iki şəxsin idarəçilik təcrübəsi və əvvəlki fəaliyyətləri nəzərə alınaraq qəbul edilib”.

Xatırladaq ki, 2005-ci il təvəllüdlü Axmat Kadırov 2022-ci ildən (17 yaş) etibarən Çeçenistan Respublikası rəhbərinin müşaviri vəzifəsini tutub, həmçinin Rusiya Uşaq və Gənclər Hərəkatı “Birincilərin Hərəkatı”nın regional şöbəsinin şura sədri olub.

2023-cü ilin noyabrında Axmat Kadırov respublikanın fiziki mədəniyyət, idman və gənclər siyasəti nazirinin birinci müavini təyin edilib. 17 fevral 2024-cü ildə Çeçenistan Respublikasının gənclərlə iş naziri, 21 may 2024-cü ildə Çeçenistan Respublikasının fiziki mədəniyyət və idman naziri vəzifəsinə gətirilib. 23 may 2024-cü ildə isə “Axmat” futbol klubunun prezidenti təyin olunub. O, həmçinin Çeçenistan Respublikasının gənclər siyasəti sahəsində əməkdar işçisidir.



Seçilən
64
2
paralel.az

3Mənbələr