“Qarabağ”ın futbolçusu Marko Yankoviç “Mozzart Sport” portalına açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu Ağdam təmsilçisinin ciddi sistemi və prinsipləri olan klub olduğunu bilib:
“Klubun sistemi, baş məşqçinin ideyaları və futbolçu keyfiyyəti üst-üstə düşməlidir. Karyeramın ən yaxşı oyunlarını məhz ‘Qarabağ’da keçirdiyimə inanıram. Qurban Qurbanov haqqında haqqında kitab yazmaq olar. Ambisiyası, zəhmətkeşliyi və sistemli işi futbolçulara da keçir. “Qarabağ” hər kəs üçün olan bir klub deyil, amma Qurban Qurbanovun oyun fəlsəfəsini qəbul edənlər nəticə qazanır”.
Marko Yankoviçin “köhlən atlar”dakı gələcəyi ilə bağlı da danışıb:
“Ən uzun dövrü bu klubda keçirmişəm. Əgər yaxşı təklif olarsa, klubun mənə anlayışla yanaşmasını istərdim. “Qarabağ” dan qalib kimi ayrılmaq, yaddaşlarda uğurlarla qalmaq istəyirəm”.
Xatırladaq ki, Marko Yankoviçin başqa klublardan təkliflər alması ilə bağlı xəbərlər yayılıb.