Belqorod vilayətində iki silahlı hərbçi hərbi hissədən qaçıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Söhbət 47 yaşlı sıravi əsgərlər Vitali Fomenko və Andrey İvanovdan gedir.
İlin əvvəlindən bəri Volokonovka dairəsinin kənd qruplarında onların axtarış vərəqələri yayılır. Yerli sakinlərə hərbçilərin silahlı və təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edilir.
Onların hazırda yaxalanıb-yaxalanmadığı məlum deyil. Bu, son vaxtlar regionda baş verən artıq üçüncü belə haldır.
Bundan əvvəl hərbçilər qaçarkən xidmət yoldaşlarını və yerli sakinləri qətlə yetiriblər.

Xuraman Etibarlı
İnterpress.az