“Barselona” portuqaliyalı müdafiəçi Joao Kanselonun transferi ilə bağlı “Əl-Hilal”la razılığa gəlib.
Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bu keçid 2025/26 mövsümünün sonunadək icarə əsasında baş tutacaq. Kataloniya klubu Səudiyyə Ərəbistanı təmsilçisinə 4 milyon avro ödəyəcək.
“İnter” də 31 yaşlı ulduz futbolçu ilə maraqlansa da, Kanselo məhz “Barselona” variantında israr edib.