AZ

“Venesuelanın Rusiyadan aldığı HHM sistemləri Maduronu qoruya bilmədi” - ABŞ-nin müharibə naziri

“Venesuelanın bir vaxtlar Rusiyadan aldığı hava hücumundan müdafiə (HHM) sistemləri, ölkə Prezidenti Nikolas Maduronu ələ keçirmək üçün Amerikanın uğurlu əməliyyatının qarşısını ala bilmədi”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset deyib.

"Təxminən 200 gözəl amerikalımız Karakas şəhər mərkəzinə eniş edəndə, görünür, Rusiyanın hava hücumundan müdafiə sistemləri o qədər də yaxşı işləməyib", - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, yanvarın 3-nə keçən gecə ABŞ ordusu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Maduro həyat yoldaşı ilə birgə ələ keçirilib və ölkədən çıxarılıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
38
missiya.az

1Mənbələr