AZ

"İnzaqi Mourinyunun uğursuz versiyasıdır" - "İnter"in keçmiş prezidenti

"İnter"in keçmiş prezidenti Massimo Moratti klubun əvvəlki məşqçisi Simone İnzaqi haqqında sərt danışıb. 

Fanat.Az xəbər verir ki, "fcinter1908.it" Morattinin dediklərini belə təqdim edib:

“Simone İnzaqi pis getdi. O, Mourinyunu təqlid etməyə çalışdı, amma portuqaliyalı trebl qazandı. O, Mourinyunun uğursuz versiyasıdır... Mən Konteni onun yerinə dəvət edərdim, amma Çivunun seçimini də bəyənirəm. onu ağıllı və cəsarətli məşqçi hesab edirəm”. 

Qeyd edək ki, ötən yay "İnter"dən ayrılan İnzaqinin rəhbərliyi altında milanlılar iki dəfə Çempionlar Liqasının finalına çıxıb.

Hazırda "İnter" A Seriyasında turnir cədvəlində birinci yerdədir. Sözügedən komanda "Milan"dan bir, "Napoli"dən isə iki xal öndədir.

Seçilən
23
1
fanat.az

2Mənbələr