Tibb elmləri namizədi Dmitri Bulanov bildirib ki, praktikada beyin şişləri hər zaman kəskin baş ağrısı ilə başlamır.
Redaktor.az xəbər verir ki, xəstəliyin qeyri-tipik əlamətləri barədə o, aif.ru-ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, onkoloji prosesin inkişafı zamanı insan diqqətini tez itirir, işlərini planlaşdırmaqda çətinlik çəkir, gündəlik məşğuliyyətlərə marağını azaldır, əsəbilik və ya əvvəllər müşahidə olunmayan apatiya yaranır. Bulanov qeyd edib ki, bu cür dəyişikliklər xüsusilə beynin alın paylarının zədələnməsi zamanı daha çox rast gəlinir və əksər hallarda yorğunluq və ya stresslə əlaqələndirilir.
“Bəzi xəstələrdə ilk əlamətlər qəribə və izahı çətin hisslər şəklində özünü göstərir. Bu, qıcolma olmadan keçən ocaqvari tutmalar ola bilər: qəfil ‘dejavu’ hissi, qarın nahiyəsində dalğa kimi yaxınlaşan hiss, səbəbsiz qorxu və ya sevinc, qeyri-adi qoxular və dadlar, diqqətin qısa müddətli ‘sönməsi’. Çox vaxt bu hallar panik atak kimi qəbul edilir, halbuki onların səbəbi nevroloji ola bilər”, - deyə Bulanov bildirib.
Aytəkin TOFİQQIZI