AZ

İcbari Tibbi Sığortaya görə 192 manat ödəməli olan şəxslər bu üsulla müəyyən ediləcək RƏSMİ

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Məlum olduğu kimi 1 yanvar 2026-cı ildən İcbari Tibbi Sığortada yeni qaydalar qüvvəyə minib. Belə ki, qeyri-formal məşğul olan şəxslər artıq sığorta haqlarını özləri ödəməlidirlər. Sözügedən şəxslər ayda 16, ildə isə 192 manat ödəməklə İcbari Tibbi Sığorta zərfinə daxil olan xidmətlərdən yararlana bilərlər.Bəs qeyri-formal məşğul olan şəxslər necə müəyyən edilir?Bu sualla İcbarı Tibbi Sığorta Agentliyinə müraciət etdik. Agentlikdən Bizim.Media-ya bildirilib ki, “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, “Məşğulluq haqqında” Qanunda nəzərdə tutulan qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edirlər:“Qanuna əsasən, bu kateqoriyaya aid şəxslərin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.

 

Qayda təsdiqlənənədək, hazırda icbari tibbi sığorta sistemindən istifadə edən şəxslər tibbi xidmətlərdən yararlanmağa davam edəcəklər. “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, “Məşğulluq haqqında” Qanunda nəzərdə tutulan qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edirlər.

Qanuna əsasən, bu kateqoriyaya aid şəxslərin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək. Qayda təsdiqlənənədək, hazırda icbari tibbi sığorta sistemindən istifadə edən şəxslər tibbi xidmətlərdən yararlanmağa davam edəcəklər”.Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
5
bizim.media

10Mənbələr