AZ

Ukraynalıların neçə faizi Vladimir Zelenskiyə etibar edir?

Ukrayna Prezidenti Vladimir Zelenskiyə ölkə vətəndaşlarının 59 faizi etibar edir, 35 faizi isə etmir. 59 faizin 26 faizi tam etibar etdiyini, 33 faizi isə ümumən etibar etdiyini bildirib.

Publika.az xəbər verir ki, bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun 26 noyabr - 29 dekabr 2025-ci il tarixlərində keçirdiyi sorğunun nəticələri göstərir. Zelenskiyə inam-etimadsızlıq balansı 24 faiz təşkil edir.

2025-ci ilin oktyabr ayının əvvəlində etimad göstəriciləri demək olar ki, eyni idi. Energetika sektorunda korrupsiya ilə bağlı məlumatların açıqlanmasından sonra prezident təxminən 10 faiz bəndi səviyyəsində etimad itirib. Lakin daha sonra beynəlxalq vəziyyətin fonunda “bayraq ətrafında birləşmə”nin növbəti mərhələsi müşahidə olunub və dövlət başçısına etimad yenidən artıb.

Hər bir halda, 2025-ci ilin sonuna Zelenskiyə etimad səviyyəsi 2024-cü ilin sonu ilə müqayisədə daha yüksəkdir.

Seçilən
102
2
publika.az

2Mənbələr