AZ

Maduro və həyat yoldaşının saxlanıldığı həbsxana

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin Nyu-Yorkdakı yeni saxlanma ünvanı olan Metropolitan Saxlama Mərkəzi (“MDC Brooklyn”) “yüksək profilli işlər üçün gözləmə otağı” kimi tanınır.

Publika.az xəbər verir ki, müəssisə narkotik baronlarından tutmuş qlobal miqyasda tanınan simalara qədər bir çox məşhur adın saxlanılması ilə diqqət çəkir.

“MDC Brooklyn”in keçmiş və indiki məhbusları arasında əfsanəvi narkotik baronu, “El Çapo” kimi tanınan Xoakin Quzman, Sinaloa kartelinin qurucularından “El Mayo” kimi tanınan İsmael Zambada Qarsiya, cinsi cinayətlərdə məhkum edilmiş R.Kelli və mübahisəli prodüser Şon “Diddi” Kombs kimi tanınmış şəxslər yer alır.

Burada saxlanılan və ya saxlanılmış digər diqqətçəkən adlar arasında Epşteyn işi ilə tanınan Qisleyn Maksvell, eləcə də, “UnitedHealthcare” şirkətinin baş direktoruna qarşı sui-qəsddə şübhəli bilinən Luigi Mangione də var.

Maduro və Siliya Flores təhlükəsizlik səbəbilə digər məhbuslardan təcrid olunmuş xüsusi kameralarda ayrı-ayrılıqda saxlanılır. Müəssisə ətrafında ağır silahlanmış hüquq-mühafizə orqanlarının fasiləsiz patrul xidməti həyata keçirilir.

Seçilən
66
1
publika.az

2Mənbələr