AZ

İsrail ordusu Livanın cənubundakı Sayda şəhərinə hava hücumları təşkil edib

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

İsrail hərbi təyyarələri Livanın paytaxtı Beyrutun cənubundakı Sayda şəhərində bir binaya zərbələr endirib.

Bu barədə Livan mətbuatı məlumat yayıb.

Məlumatda İsrail qırıcılarının zərbələri nəticəsində hədəfə alınan üçmərtəbəli binanın tamamilə dağıldığı bildirilir.

Əraziyə çoxlu sayda təcili yardım maşınları və axtarış-xilasetmə qrupları cəlb olunub

Hadisə zamanı insan tələfatı ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
3
icma.az

4Mənbələr