AZ

Avropa Komissiyasının sədri Suriyaya səfər edəcək

Yazını böyüt
Yazını kiçilt

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Yaxın Şərq turnesi çərçivəsində bu həftə Suriyaya gedəcək. Bu, hakimiyyət dəyişikliyindən sonra onun Suriyaya ilk səfəridir.

Hafta.az Suriyanın SANA agentliyinə istinadla bildirir ki, Lyayenin Suriyadan sonra İordaniya və Livana da səfər edəcəyi gözlənilir.

Qeyd edək ki, Avropa İttifaqı ötən ilin martında Brüssel konfransında Suriyanın humanitar və sosial ehtiyacları üçün 3,4 milyard avro ayırmaq öhdəliyi götürüb.

Seçilən
82
4
hafta.az

5Mənbələr