AZ

Quterreş ABŞ ın Venesuelaya əməliyyatına görə Nyu Yorka vaxtından əvvəl qayıdır

ain.az, Dogru.az portalına istinadən məlumat verir.

BMT-nin Baş katibi António Quterreş dünya təşkilatının qərargahının yerləşdiyi Nyu-Yorka planlaşdırılandan daha tez qayıdır.

Doğru.az xəbər verir ki, BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin sözlərinə görə, bu qərarın səbəbi ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyatdır. Onun bildirdiyinə görə, Quterreşin səfərini yarımçıq kəsərək geri dönməsi Venesueladakı hadisələrlə birbaşa əlaqəlidir.

TASS-ın məlumatına görə, Baş katib daha əvvəl ABŞ əməliyyatından sonra Venesuelanın gələcəyinin qeyri-müəyyən qaldığını vurğulayıb.

Quterreş eyni zamanda ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat zamanı beynəlxalq hüquq normalarına əməl olunmadığını da bəyan edib.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
dogru.az

2Mənbələr