Venesuelanın paytaxtı Karakasda Prezident sarayının yaxınlığında atışma səsləri eşidilib.
Publika.az xəbər verir ki, yerli media təhlükəsizlik qüvvələrinin sarayın ətrafında icazəsiz uçan naməlum pilotsuz uçuş aparatlarına (PUA) atəş açdığını bildirir. PUA-ların hava hücumundan müdafiəni işə saldığı ehtimal edilir.
Hadisə bölgəsində dövlət qurumlarının təxliyyə edildiyi də yayılan məlumatlar arasındadır.