AZ

Prezident İlham Əliyev 2025-ci ili Azərbaycan üçün tarixi il adlandırdı » AzadMedia.az



Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində 2025-ci ilin yekunlarını dəyərləndirərək bu ili Azərbaycan üçün tarixi adlandırıb. Dövlət başçısı bildirib ki, məhz 2025-ci ildə siyasi baxımdan Azərbaycan və Ermənistan arasında müharibəyə son qoyulub və tərəflər artıq bir neçə aydır sülh şəraitində yaşayır. Prezident vurğulayıb ki, Azərbaycan döyüş meydanında qazanılan qələbəni siyasi müstəvidə möhkəmləndirib və bu hadisə ölkənin müstəqillik tarixində ən yadda qalan, ən mühüm mərhələlərdən biri olacaq. Dövlət başçısının sözlərinə görə, bundan sonra Azərbaycan xalqı davamlı sülh şəraitində yaşayacaq.
Seçilən
85
1
azadmedia.az

2Mənbələr