AZ

Nyu-Yorkda Maduro ilə bağlı məhkəmə prosesi: prezident və həyat yoldaşı gücləndirilmiş mühafizə altında aparılıb » AzadMedia.az


ABŞ-ın Nyu-York şəhərində Venesuela prezidenti Nikolas Maduro ilə bağlı keçirilən məhkəmə iclasından sonra onun olduğu ehtimal edilən kortej Manhettendəki məhkəmə binasının ərazisini tərk edib. CNN-in yaydığı görüntülərə əsasən, kortejin tərkibində zirehli texnika və hərbçilər üçün ayrıca furgon yer alıb. Məhkəmə zalında onlarla Nyu-York ştatının narkotiklərlə mübarizə əməkdaşı, istehkamçılar və polis əməkdaşları olub. Maduro və həyat yoldaşı Siliya Flores məhkəməyə ABŞ marşalları xidmətinin müşayiəti ilə gətirilib və eyni qaydada aparılıb.
Yanvarın 5-də Nyu-York federal məhkəməsində Nikolas Maduro işi üzrə ilk iclas keçirilib. Məhkəmə Venesuela prezidentinin həbsdə saxlanılması barədə qərar verib və növbəti dinləmə təyin olunub. Maduro özünü təqsirli bilmədiyini bildirib və özünü “hərbi əsir” adlandırıb. ABŞ tərəfi ona “narkoterrorizm”, silah saxlama və narkotik qaçaqmalçılığı maddələri ilə ittiham irəli sürüb. Qeyd edək ki, iki gün əvvəl ABŞ-ın Venesuelaya zərbələrindən sonra Vaşinqton Maduronun saxlanıldığını və ABŞ-a gətirildiyini açıqlamışdı.
Seçilən
49
1
azadmedia.az

2Mənbələr