AZ

Rusiyanın zərbəsi ABŞ-a məxsus zavodu vurdu:300 ton günəbaxan yağı küçələrə axdı

Ukraynanın Dnepr şəhərində Rusiyaya məxsus pilotsuz uçuş aparatının hücumu nəticəsində ABŞ kapitalı olan iri sənaye obyektinə zərbə endirilib.

Musavat.com xəbər verir ki, zərbə ABŞ-ın Bunge şirkətinə məxsus zavoda dəyib. Müəssisədə geniş tanınan "Oleyna" markalı günəbaxan yağı istehsal olunur.

Hücum zamanı zavodun yağ saxlanılan rezervuarlarından biri zədələnib və nəticədə təxminən 300 ton günəbaxan yağı şəhərin yollarına axıb. Hadisə səbəbindən Dneprin bəzi küçə və magistrallarında bir neçə gün ərzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Yerli sosial şəbəkə səhifələrində yayılan videogörüntülərdə PUA-nın birbaşa yağ rezervuarına dəydiyi anlar əks olunub. Kadrlar qısa müddətdə geniş rezonans doğurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
87
olaylar.az

1Mənbələr