AZ

Maduronun generallarının görüntüləri gündəm oldu Video

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Venesuelanın paytaxtı Karakasda şənbə gecəsi yataqlarından çıxarılaraq saxlanılan və daha sonra ABŞ-yə aparılan prezident Nikolas Maduronun generallarına aid olduğu bildirilən görüntülər sosial şəbəkələrdə gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, ABŞ ordusu Prezident Donald Trampın göstərişi ilə Venesuelaya hərbi müdaxilə həyata keçirərək Prezident Nikolas Maduronu və həyat yoldaşı Siliya Floresi Nyu-Yorka apardığını açıqlayıb.

Hadisədən sonra Maduronun yaxın çevrəsindən olan generallara aid görüntülər sosial mediada ən çox izlənən videolar sırasına daxil olub.

Yayılan videoda generalların rahat hərəkət etməsi diqqət çəkib. Sosial şəbəkə istifadəçiləri görüntülərə “Maduronu niyə asanlıqla yatağından apardıqlarını indi başa düşdük” kimi şərhlər yazaraq, baş verən əməliyyata eyham vurublar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
66
qafqazinfo.az

1Mənbələr