AZ

BMT nin Baş katibindən Venesuela açıqlaması

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ-nin Venesuelaya hərbi müdaxiləsindən narahatlığını ifadə edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi ilə bağlı çağırılan BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında qurumun Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo Antonio Quterreşin adından çıxış edib.

O, ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi ilə bağlı narahatlığını ifadə edib: “3 yanvar hərbi əməliyyatı ilə bağlı beynəlxalq hüquq qaydalarına hörmət edilməməsindən dərin narahatıq”.

DiKarlo BMT Nizamnaməsinin hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməklə hədələmə və ya güc tətbiqini də qadağan etdiyini qeyd edərək, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasının bütün üzv dövlətlərin ona riayət etmək öhdəliyindən asılı olduğunu bildirib. Prinsiplərə riayət etməyin vacibliyini vurğulayan DiCarlo deyb:

“Qanunun aliliyi üstünlük təşkil etməlidir. Beynəlxalq hüquqda narkotiklərin qanunsuz dövriyyəsi, resurslarla bağlı mübahisələr və insan haqları ilə bağlı narahatlıqlar kimi problemləri həll etmək üçün alətlər var. Bu, bizim izləməli olduğumuz yoldur”.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
525.az

1Mənbələr