İşğaldan azad edilən bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir və bu bölgəni Azərbaycanın digər bölgələri ilə - Kəlbəcər vasitəsilə Gəncə-Qərb istiqaməti, Tərtər-Bərdə-Bakı istiqaməti, Füzuli-Biləsuvar-Cənub istiqaməti, beləliklə, ölkədə bağlantılar daha etibarlı olacaq, yola sərf edilən məsafə qısa olacaq.
Publika.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Dəmir yolu, avtomobil yolları, gələcəkdə hava yollarının istifadəsinin insanların ölkə daxilində miqrasiyasını gücləndirəcəyini vurğulayan dövlətimizin başçısı bildirib:
“Şərt deyil ki, hamı Bakıya gəlsin. Əksinə, bu gün misalçün Xankəndi kimi şəhərə Bakıdan, Naxçıvandan, başqa yerlərdən gəlirlər. Xankəndi və Ağdam azad edilmiş bölgələrin əsas şəhərləri olacaq”.