Yazını böyüt
Yazını kiçilt
Futbol üzrə Türkiyə Superkubokunda ilk yarımfinal oyunu keçirilib.
Hafta.az xəbər verir ki, "Qalatasaray" finala gedən yolda "Trabzonspor"la üz-üzə gəlib.
Matçda rəqibini 4:1 hesabı ilə məğlub edən İstanbul klubu həlledici görüşə vəsiqə qazanıb. "Qalatasaray"ın finaldakı rəqibi “Fənərbağça” - “Samsunspor” cütünün qalibi olacaq. Qarşılaşma yanvarın 6-da keçiriləcək.
Superkubok uğrunda final matçı isə yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq.