Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
1997-ci ildə “Formula-1” üzrə dünya çempionatının qalibi olan, hazırda avtoidman üzrə ekspert kimi çalışan Jak Vilnöv dördqat dünya çempionu, “Red Bull”un pilotu Maks Ferstappenin 7 və ya 8 dəfə titul qazanmaq şansını qiymətləndirib."Football-plus.az" xəbər verir ki, onun fikrincə, Ferstappen “Formula-1”in ən yaxşı pilotudu: “Bu il Ferstappen “Formula-1”də ən yaxşı pilot olduğunu və Senna, Prost, Mansel ilə bir sırada dayanmağa tam layiq olduğunu nümayiş etdirdi. Maks heç vaxt təslim olmur. O, əsl döyüşçüdü, həmişə sona qədər mübarizə aparır. Dünya çempionu belə olmalıdır”.“Ferstappen 7 və ya 8 titul qazanmağa qadirdimi” sualına isə Vilnöv belə cavab verib: “Belə deyək: onun istedadı və götürmək qabiliyyəti var. Şansı olarsa, o, bundan istifadə edəcək. Ona görə də bu suala cavabım “bəli”di”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.