ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Britaniyalı siyasətçi, Leyborist Partiyasının tanınmış simalarından olan Corc Hallovay ABŞ-ın Venesuelada həyata keçirdiyi hərbi əməliyyatı şərh edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “X”də paylaşım edib.
Hallovay bildirib ki, baş verənlər Ukrayna və Tayvan üçün ciddi nəticələr doğura bilər.
O. paylaşımında baş verənləri ABŞ-ın ciddi siyasi uğuru kimi dəyərləndirib. Onun fikrincə, bu proses Donald Trampın mövqelərini daha da gücləndirir və Vaşinqtonun qlobal təsir imkanlarını artırır.
Politoloq qeyd edib ki, yaranmış vəziyyət ABŞ üçün strateji üstünlüklər yaratsa da, digər bölgələr üçün riskləri artırır. Hallovayın sözlərinə görə, xüsusilə Ukrayna və Tayvan üçün daha mürəkkəb və ağır sınaqlar dövrü başlayır.
“Bu, Trampın qələbəsidir. Ukrayna və Tayvan üçün isə ağır sınaqlar dövrü başlayır. Hər an hər şey baş verə bilər”, – deyə siyasətçi bildirib.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.