AZ

Maduronun həyat yoldaşı məhkəmədə özünü tam günahsız elan edib

Venesuela Prezidenti Nikolas Maduronun həyat yoldaşı Cilia Flores Nyu-Yorkda keçirilən məhkəmə iclasında özünü təqsirsiz hesab etdiyini bildirib.

Editor.az bu barədə “CNN”yə istinadla xəbər verir.

Məhkəmə prosesi zamanı Cilia Flores deyib: “Mən günahsızam, tamamilə günahsızam”.

Məlumata görə, məhkəmə zalında Venesuela Prezidenti Nikolas Maduro vəkili Barri Pollakın yanında əyləşib. O, proses zamanı tərcümə üçün qulaqcıqlardan istifadə edib və qeydlər aparıb. Cilia Flores və onun köməkçi vəkili Mark Donnelli də Maduronun yaxınlığında yer alıblar. İttiham aktı elan olunmazdan əvvəl dairə hakimi Alvin Hellerstayn Venesuela liderini salamlayıb, Maduro isə başı ilə cavab verib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
72
editor.az

1Mənbələr