AZ

Hücum ssenarisi başlayır: Ölkə panika içindədir, bu halda əmr veriləcək

Rusiya ilə NATO ölkələri arasında münasibətlərdə gərginlik pik həddə davam edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Qərb mediası məlumat yayıb. Qeyd olunur ki, Moskva yeni nəsil silah sistemlərini NATO sərhədlərinə yaxın ərazilərdə yerləşdirməyi planlaşdırır.

Britaniyanın "Daily Express" nəşrinin yazdığına görə, Rusiyanın "Oreshnik" adlandırılan raket sistemi yaxın vaxtlarda Belarusa yerləşdirilməsi ehtimal olunur və bu halda Avropa İttifaqı ölkələrindəki hədəflərə daha qısa müddətdə çatmaq mümkün ola bilər.

Məqalədə iddia olunur ki, "Oreshnik" yüksək sürətə malikdir və Qərbin mövcud hava hücumundan müdafiə sistemləri üçün ciddi çətinlik yarada bilər. Britaniya mediası raketin potensial imkanlarını "inqilabi" adlandıraraq, onun NATO üçün yeni risklər yaratdığını vurğulayır.

Nəzəri olaraq belə bir raketin Böyük Britaniyaya doğru buraxılması halında reaksiya müddəti çox qısa ola bilər. Bununla yanaşı, məqalədə raketin döyüş başlığının yüksək temperatur yaratmaq gücünə malik olduğu da iddia edilir.

Qərb jurnalistləri yazırlar ki, bu cür silahların sanksiyalar fonunda hazırlanması onları təəccübləndirib. Rusiya Prezidenti Vladimir Putinin "Oreshnik" barədə açıqlamaları da məhz bu kontekstdə diqqət çəkir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
34
2
olaylar.az

3Mənbələr