ain.az bildirir, GlobalInfo portalına istinadən.
Nyu-York məhkəməsi Venesuela Prezidenti Nikolas Maduronun ölkəsinin konsulluq əməkdaşlarını ziyarət etməsinə icazə verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.
Bildirilib ki, Maduro 17 mart tarixində keçiriləcək məhkəmə dinləməsinə şəxsən qatılmalıdır. Hazırda o, azadlığa buraxılmasını tələb etmir, lakin müdafiə tərəfi girov qarşılığında bu məsələyə nail olmağa çalışacaq.
Qeyd edək ki, Nyu-York məhkəməsi 3 yanvar tarixində Maduro ilə bağlı iclasa start verib.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.