AZ

''Qalatasaray'' ilə İkardi anlaşdı

Mövsümün sonunda müqaviləsi başa çatacağı üçün haqqında tez-tez müxtəlif şayiələr yayılan ''Qalatasaray''ın göz bəbəyi Mauro İkardi ilə bağlı yeni xəbər var.

"Football-plus.az" xəbər verir ki, Türkiyə mətbuatında gedən son xəbərlərə inansaq, İstanbul nəhəngi ilə ünlü forvard yeni müqavilənin bütün detallarında anlaşma əldə edib.

Əsas məqam futbolçunun maaşı idi ki, İkardi illik qazancının 10 milyon avrodan 4,5 milyon avroya endirilməsinə razı olub. Amma digər tərəfdən rəhbərlik də İkardinin şərtini qəbul edib. Belə ki, rəhbərlik təcrübəli forvarda ''1+1'' illik müqavilə təklif etmişdi. Amma İkardi ''2+1'' illik müqavilədə israr edincə, istəyinə çatıb. Son anda başqa bir sürpriz problem ortaya çıxmasa, qarşıdakı günlərdə yeni müqavilə rəsmən ictimaiyyətə açıqlanacaq.

''Qalatasaray''da 4-cü mövsümünü keçirən 32 yaşlı futbolçu indiyə qədər 110 rəsmi oyunda aktivinə 70 qol, 22 məhsuldar ötürmə yazıb.

Xatırladaq ki, İkardi daha 3 qol vuracağı təqdirdə George Hacini geridə qoyaraq klub tarixinin ən məhsuldar əcnəbi futbolçusuna çevriləcək.

Seçilən
131
50
football-plus.az

10Mənbələr