AZ

"Real"a böyük transfer təklifi

“Real Madrid”in futbolçusu Rodriqo Qoes karyerasını İngiltərədə davam etdirə bilər. Metbuat.az xəbər verir ki, “Arsenal” klubu futbolçu üçün 60 milyon avro təklif edib. “Sport”un məlumatına görə, İngiltərə nəhəngi transferi mövsümün fasiləsindəki transfer dövründə reallaşdırmaq istəyir. İddialara görə, “Real” bu transfer dövründə transferə razılıq vermək istəmir. “Real” mövsümün sonunda transferə razılıq verə bilər.

Bildirilir ki, “Arsenal”dan başqa Səudiyyə Ərəbistanı klubu "Əl Hilal" da Rodriqo üçün "Real Madrid"ə 60 milyon avro təklif irəli sürüb.

Seçilən
66
metbuat.az

1Mənbələr