ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliyanın "Leççe" klubunun mərkəz müdafiəçisi Tiaqo Qabriel göstərdiyi sürətli inkişafla transfer bazarının əsas hədəflərindən birinə çevrilib.
Fanat.Az "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, İspaniyanın "Barselona", Almaniyanın "Bayern Münhen" klubları və Səudiyyə Ərəbistanı Pro Liqasının təmsilçisi NEOM 21 yaşlı futbolçunu yaxından izləyir. Avropa nəhəngləri gənc müdafiəçini heyətinə qatmaq üçün artıq hərəkətə keçiblər.
Buna baxmayaraq, "Leççe" rəhbərliyi istedadlı oyunçusunu yanvar ayında buraxmaq niyyətində deyil. İtaliya təmsilçisi Qabrielin ən azı mövsümün sonuna qədər komandada qalmasını planlaşdırır.
Məlumata görə, klub yalnız "imtina edilməsi qeyri-mümkün olan" rəsmi təklif gələcəyi təqdirdə danışıqlar masasına əyləşə bilər.
Kamil Xudiyev
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.