
Urmiya gölünün dirçəldilməsi milli sərhədləri aşan bir məsələdir.
APA "Tasnim"ə istinadən xəbər verir ki, bunu İranın vitse-prezidenti Məhəmməd Reza Aref deyib.
“Urmiya gölünün qurtuluşuna etinasızlıq və dar çərçivəli yanaşma milli sərhədləri aşan bir faciəyə səbəb olacaq. Urmiya gölünün dirçəldilməsində hətta bir gün gecikmə belə aşkar zülmdür”, - vitse-prezident bildirib.