AZ

Bayramdan sonra yenidən tətilə başladılar KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Parisdəki Luvr muzeyinin əməkdaşları yenidən tətilə başlayıblar.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Məlumata görə, Milad tətillərindən sonra iş başına qayıdan muzey işçiləri iş şəraitinə etiraz olaraq yenidən kütləvi aksiyaya başlayıblar. Bu səbəbdən dünyanın ən məşhur sənət ocağının bəzi zalları ziyarətçilərin üzünə bağlı qalıb.

Fransa Demokratik Əmək Konfederasiyasının (CFDT) sözçüsü Valeri Baudun sözlərinə görə, təxminən 350 nəfər əməkdaş tətilin bərpasına yekdilliklə səs verib.

Xatırladaq ki, bir müddət əvvəl muzeyin adı sensasiyalı oğurluq hadisəsi ilə gündəmə gəlmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
5
konkret.az

6Mənbələr