ABŞ məhkəməsi Venesuelanın sabiq prezidenti Nikolas Maduronu irəli sürülmüş dörd maddə üzrə təqsirli bilərsə, o, maksimum cəza – edam cəzası ilə üzləşə bilər. Bu barədə “New York Post” qəzeti məlumat yayıb.
KONKRET.az xəbər verir ki, nəşrin yazdığına görə, Maduro “davamlı cinayətkar fəaliyyət” çərçivəsində Nəzarət Edilən Maddələr Qanununu pozmaqda ittiham olunur. İttihamlar əsasən beynəlxalq narkotik dövriyyəsi, mütəşəkkil cinayət şəbəkələri ilə əlaqələr və uzunmüddətli qanunsuz fəaliyyət iddialarını əhatə edir.
Qəzetin qeyd etdiyinə görə, ABŞ qanunvericiliyində narkotiklə əlaqəli ağır cinayətlər üçün edam cəzası nəzərdə tutulsa da, praktikada bu cür hökmlər son dərəcə nadir hallarda çıxarılır. Ölüm cəzalarının böyük əksəriyyəti birbaşa qətl və ya kütləvi zorakılıq cinayətləri ilə bağlı işlərdə tətbiq olunur.
Natiq Səlim,
KONKRET.az