Salyan rayonu ərazisində 2 nəfərin ölümü, 4-nün xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, rayonun Noxudlu kəndinin yolunda "Mercedes" markalı iki nəqliyyat vasitəsi toqquşub.
Hadisə zamanı Vüqar İmanov və Coşqun Məmmədov ölüb. Mirzağa Məmmədov, Pərvanə Məmmədova, Fatimə Məmmədli və Tərlan İmanov xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, qəza rayonun Noxudlu kəndinin yolunda qeydə alınıb
İki “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində iki nəfər ölüb, 4-ü isə yaralanıb.
Əraziyə polis əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.

