AZ

ABŞ vitse prezidentinin evinə ziyan vuran şəxs saxlanılıb

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Ohayo ştatının Sinsinnati şəhərində vitse-prezident C.D.Vensin əmlakına ziyan vuran şəxs saxlanılıb.

Bakıvaxtı.az "Fox News"a istinadən xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, Məxfi Xidmətin agentləri bazar ertəsi hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. Onun şəxsiyyəti açıqlanmır.

Qeyd olunur ki, şübhəli şəxs Vensin iqamətgahının pəncərələrini sındıraraq əmlaka ziyan vurub. Saxlanıldıqdan sonra o, Sinsinnati polisinə təhvil verilib.

Məxfi Xidmət hadisə zamanı evin boş olduğunu, vitse-prezident və onun ailə üzvlərinin isə Ohayo ştatında olmadığını vurğulayıb.

C.D.Vensin nümayəndəsi də "Fox News"a hadisənin baş verdiyi zaman vitse-prezident və ailəsinin artıq Vaşinqtona qayıtdığını təsdiqləyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
114
2
bakivaxti.az

3Mənbələr