ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Norveçdə 2025-ci ildə satılmış təzə maşınların 96 faizi elektromobil olub. Dekabrda isə göstərici 98 faizə yüksəlib.
Avtosfer.az xəbər verir ki, bu barədə Norveç hökumətinin rəsmi məlumatında qeyd olunub. 2024-cü ildə satılmış təzə maşınların 88,9 faizi elektrik dartısına əsaslanırdı.
Ölkədə il ərzində 179 549 ədəd təzə avtomobil rəsmiləşdirilib ki, bu da illik əsasda 40 faiz artım deməkdir. Bu avtomobillərdən:
172 232 ədəd – elektromobil,
2 751 – doldurulabilən hibrid,
2 306 – adi hibrid,
1 773 dizel,
487 – benzin mühərrikli olub.
Bir sözlə, batareyasız avtomobillərin bazar payı cəmi 1,3 faiz olub.
Vüqar
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.