AZ

Dünya liderlərindən Trampa ilk reaksiyalar

ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək məqsədilə həyata keçirdiyi hərbi əməliyyat beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə tənqid olunub.

“Cebheinfo.az” xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş beynəlxalq hüququn pozulmasından ciddi narahatlığını ifadə edərək, bu addımın regionda təhlükəli nəticələrə yol aça biləcəyini bildirib.

Kolumbiya, Rusiya və Çinin təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının bu gün təcili iclas çağırmaq qərarına gəldiyi açıqlanıb.

Avropa İttifaqı yaydığı bəyanatda bütün hallarda beynəlxalq hüquqa və BMT Nizamnaməsinə hörmət edilməsinin vacibliyini vurğulayaraq, tərəfləri təmkinli davranmağa çağırıb.

Fransa Prezidenti Emmanuel Makron Venesuelada xalqın iradəsinə hörmət edən dinc siyasi keçidin zəruriliyini bildirib. 2024-cü il prezident seçkilərində Maduronun rəqibi Edmundo Qonzalesi dəstəkləyən Makron Fransanın Venesueladakı vətəndaşlarının təhlükəsizliyini diqqətlə izlədiklərini qeyd edib. 

Fransanın xarici işlər naziri Jan-Noel Barro isə əməliyyatın beynəlxalq hüququn əsas prinsiplərindən biri olan “gücdən istifadə etməmək” prinsipinin pozulması olduğunu bəyan edib.

İspaniya Xarici İşlər Nazirliyi ABŞ və Venesuela arasında yaranmış böhranın sülh və dialoq yolu ilə həlli üçün vasitəçilik etməyə hazır olduqlarını açıqlayıb.

İspaniyanın Baş naziri Pedro Sançes isə bütün tərəfləri gərginliyi azaltmağa və məsuliyyətlə hərəkət etməyə çağırıb.

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın suveren dövlətə qarşı güc tətbiq etməsindən və Venesuela prezidentinə münasibətindən narahatlıq ifadə edib. Bəyanatda ABŞ Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin şəxsi təhlükəsizliyini təmin etməyə və onların dərhal azad edilməsinə çağırılıb.

Böyük Britaniyanın Baş naziri Kir Starmer isə ABŞ-nin addımını dəstəkləyən mövqe sərgiləyib. O bildirib ki, London Nikolas Maduronu qeyri-legitim prezident hesab edir və onun hakimiyyətinin sona çatmasını müsbət qiymətləndirir.

Seçilən
111
cebheinfo.az

1Mənbələr