AZ

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

İlin son günləri və yeni ilin ilk həftəsi qlobal maliyyəbazarları üçün gözlənildiyindən daha gərgin keçdi. Milad və Yeni iltətilləri səbəbilə likvidliyin zəif olduğu bu dövrdə geosiyasihadisələrin təsiri daha kəskin hiss olundu. Xüsusilə ABŞ-ınVenesuela prezidenti və onun xanımını saxlaması (həbs etməsi)xəbəri qlobal risk alqısını kəskin şəkildə artırdı və dünyabirjalarında, ABŞ dollarında və qızıl bazarında ciddidalğalanmalara səbəb oldu.

ABŞ–Venesuela: siyasi həbs və enerji bazarlarına şoktəsir

ABŞ tərəfindən Venesuela prezidentinin və həyat yoldaşınınsaxlanılması Vaşinqton–Karakas münasibətlərində yeni və daha sərtmərhələnin başladığını göstərdi. Bu hadisə yalnız diplomatik deyil,eyni zamanda enerji bazarları baxımından da ciddi risk faktoru kimiqiymətləndirildi.

Venesuela dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarınamalik ölkələrdən biri olduğu üçün bu ölkə ilə bağlı hər bir siyasieskalasiya qlobal enerji qiymətlərinə birbaşa təsir potensialıdaşıyır. İnvestorlar ABŞ-ın bu addımından sonra sanksiyaların dahada sərtləşdirilə biləcəyi və Venesuela neftinin qlobal bazarlaraçıxışının tamamilə məhdudlaşdırıla biləcəyi ehtimalını qiymətləməyəbaşladılar. Bu isə riskdən qaçış davranışını gücləndirdi.

ABŞ–Çin münasibətləri: struktur risklər davamedir

Eyni dövrdə ABŞ–Çin xəttində də gərginlik azalmadı. Texnologiyasektoruna yönəlik məhdudiyyətlər, yarımkeçirici istehsalı vəticarət balansı ilə bağlı qarşılıqlı ittihamlar qlobal ticarətperspektivlərinə mənfi təsir göstərdi. ABŞ–Çin münasibətlərindəkibu davamlı gərginlik, ABŞ–Venesuela böhranı ilə üst-üstə düşərəkbazarlarda geosiyasi risklərin kumulyativ təsirini artırdı.

Qlobal makro fon: zəif likvidlik, yüksəkhəssaslıq

29 dekabr – 4 yanvar dövründə əsas makroiqtisadi göstəricilərinsayı məhdud idi. Bu səbəbdən bazarlar yeni statistik məlumatlardançox, mövcud geosiyasi xəbərlərə və Federal Ehtiyatlar Sisteminin2026-cı il üzrə faiz siyasəti ilə bağlı gözləntilərə fokuslandı.Zəif likvidlik şəraitində hətta tək bir siyasi xəbər beləqiymətlərdə kəskin hərəkətlər yaratdı.

ABŞ dolları: təhlükəsiz limanla struktur zəiflikarasında

Bu dövrdə ABŞ dolları ziddiyyətli davranış sərgilədi. Birtərəfdən, geosiyasi eskalasiya dolların klassik “təhlükəsiz liman”funksiyasını aktivləşdirdi və qısa müddətli tələbi artırdı. Digərtərəfdən isə 2026-cı ildə Fed-in faizləri endirə biləcəyiehtimalları dolların uzunmüddətli perspektivdə zəif qalmasına səbəboldu.

Nəticədə dollar indeksi kəskin yüksəliş trendi formalaşdırabilmədi və daha çox dalğalı, qeyri-sabit hərəkətlərlə yaddaqaldı.

Cari həftə ərzində Amerikada açıqlanacaq əmək bazarı, xüsusilədə NFP hesabatı investorların diqqət mərkəzində olacaq əsasxəbərlərdir.

Həmçinin, Avrozonada və Almaniyada açıqlanacaq İstehlakQiymətləri İndeksi (CPİ) göstəriciləri, Amerikada, İngiltərədə,Avrozonada, Almaniyada dərc olunacaq xidmət sektorunda və kompozitBiznes Aktivliyi İndeksi (PMİ) rəqəmləri tendensiyalarınformalaşmasına ciddi təsir edə bilər.

EUR

Ötən həftəyə 1.17630 həddində başlayan EURUSD məzənnəsi 1.17890səviyyəsinə qədər bahalaşıb. Lakin, həftənin sonuna doğru qiymətgeriləyib və həftəni 1.17180 səviyyəsində tamamlayıb.

Hazırda 1.16760 hədlərində ticarət olunan məzənnədə ayılar”qiyməti 1.17000 həddin altında qoruyub saxlaya bilsələr, eniştendensiyası davam edə bilər.

Avrozonada və Almaniyada açıqlanacaq CPİ və PMİ rəqəmləriavronun birjalardakı qiymətlərinə ciddi təsir edə bilər.

GBP

Keçən həftyə 1.34930 həddində başlayıb, 1.35300 hədlərinə kimibahalaşan GBPUSD məzənnəsi ötən həftənin sonuna doğru bir qədərgeriləyərək həftəni 1.34560 səviyyəsində tamamladı. 1.34180hədlərində ticarət olunan paritetin qiyməti 1.33900 həddinin altındüşsə və burada qalsa, eniş tendensiyası daha kəskin xarakter alabilər.

XAUUSD

Qızıl bu dövrün ən güclü performans göstərən aktivlərindən birioldu. ABŞ-ın Venesuela prezidentini və onun xanımını həbs etməsikimi fövqəladə siyasi hadisə investorların riskli aktivlərdənuzaqlaşmasına və qızıla yönəlməsinə səbəb oldu.

Aşağı likvidlik fonunda bəzi sessiyalarda mənfəət götürmələrmüşahidə edilsə də, ümumi istiqamət qızılın təhlükəsiz limanstatusunu bir daha təsdiqlədi. Analitiklər bu tip siyasieskalasiyaların qısa müddətli deyil, struktur risk yaratdığını vəqızılın orta müddətdə də dəstəklənə biləcəyini vurğulayırlar.

Ötən həftəyə 4538$-dan başlayan qızıl bahalaşraq 4550$-a qədəryüksəldi. İnvestorların gəlirlərini realizə etməsi fonunda 4275$-akimi kəskin ucuzlaşan qiymətli metal ötən həftəni 4331$ həddindətamamladı.

Hazırda isə 4403$-dan təklif edilən qızılda “buğalar” qiyməti4400$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artımtendensiyası yenidən aktuallıq qazana bilər.

Məqalədə:
Seçilən
31
5
az.trend.az

6Mənbələr