AZ

Otel və zavodda yanğın olub

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Quba rayonunun İkinci Nügədi kəndində otel ərazisində ümumi sahəsi 120 m² olan mətbəxin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Quba şəhərində zavod ərazisində yerləşən, ümumi sahəsi 3240 m² olan anbarın daxilində taxta arakəsmə 20 m² sahədə, sahəsi 12 m² olan otaqda taxta rəflər və üzərində yığılan boya 2 m² sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
95
3
bakivaxti.az

4Mənbələr