AZ

Vensin evində baş vermiş hadisədən sonra bir nəfər saxlanılıb

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ohayo ştatındakı evində baş vermiş hadisə fonunda bir nəfər saxlanılıb.

Busaat.az xəbər verir ki, bu barədə ABC telekanalı polisə istinadən məlumat yayıb.

“Polis səhər saatlarından vitse-prezident Cey Di Vensin evində baş vermiş hadisəni araşdırır. Azı bir nəfərin saxlanıldığını bildirib”, – məlumatda qeyd edilib.

Hadisənin təfərrüatları açıqlanmayıb, lakin şahidlərin vitse-prezidentin evində sınıq pəncərələr gördükləri qeyd olunub.

Seçilən
68
2
busaat.az

3Mənbələr