AZ

Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə orta illik inflyasiya göstəricisi 2026-cı ildə 4.8 faiz, 2027-2029-cu illərdə isə illik orta hesabla 4.3 faiz səviyyəsində proqnozlaşdırılıb.

Gununsesi.info  xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2026-cı ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatlarında yer alıb.

Bildirilib ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə milli valyutanın mübadilə məzənnəsinin sabitliyi manatın ABŞ dollarına qarşı məzənnəsinin 1.7 manat səviyyəsində qalması dəstəklənəcək.

Əlavə olunub ki, iqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real artım tempi bu il 3.4 faiz, 2027-2029-cu illərdə isə orta illik 3.7 faiz proqnozlaşdırılır.

“Gəlirlərin artımına uyğun olaraq əhalinin xərclərinin real artım tempi növbəti ildə 3.5 faiz, 2027-2029-cu illərdə isə orta illik 3.6 faiz səviyyəsində proqnozlaşdırılır”, – məlumatda qeyd edilib.

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
93
2
icma.az

6Mənbələr