AZ

"Azərbaycanda yüz illərdir ki, milli-mənəvi həmrəylik mühiti hökm sürür" - Prezident


Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür.

Bu fikir Prezident İlham Əliyevin müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı müraciətdə yer alıb.

“Cəmiyyətimizdə yüksək birgəyaşayış mədəniyyətinin, mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və dözümlülük prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet xəttini təşkil edir”, - deyə Azərbaycan Prezidenti bildirib.

Seçilən
91
14
baki-xeber.com

10Mənbələr