AZ

Lənkəranda ilk dəfə bu əməliyyat icra olundu – 12 yaşlı uşağın son vəziyyəti

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində ilk dəfə olaraq laparoskopik appendektomiya əməliyyatı icra olunub.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə sağ qalça çuxurunda ağrı, hərarət, ürək bulanma şikayətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə müraciət edən 12 yaşlı pasiyentə aparılan kliniki və instrumental müayinələr nəticəsində kəskin appendisit diaqnozu təyin olunaraq dərhal cərrahi əməliyyata alınıb.

Uzman uşaq-cərrahi Cavid Abdullayev və həkim-cərrah Cəbrayıl Babayev tərəfindən 12 yaşlı xəstəyə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində ilk dəfə olaraq laparoskopik appendektomiya əməliyyatı icra olunub.

Xəstənin vəziyyəti aparılan əməliyyata uyğun olub, heç bir ağırlaşma müşahidə olunmadan 24 saat tamamında kafi vəziyyətdə ambulator müalicə olunmasından ötrü evə buraxılıb.

Seçilən
55
nocomment.az

1Mənbələr