AZ

Rauf Abdullayev evə buraxılıb

Ajans.az xəbər verir ki, bu barədə Oxu.az-a Bakı Sağlamlıq Mərkəzindən məlumat verilib. O bildirib ki, Rauf Abdullayev ambulator müalicə üçün evə buraxılıb: "Rauf Abdullayev ayağından əməliyyat olunmuşdu. Sözügedən əməliyyatdan sonra yara yerində infeksiya müşahidə edilmişdi, şəkəri və arterial təzyiqi çox yüksək idi. Bakı Sağlamlıq Mərkəzində müalicələri aparıldı, infeksiyanın qarşısı alındı. Səhhəti yaxşılaşdı və bundan sonra Reabilitasiya Mərkəzinə göndərildi. Artıq vəziyyəti yaxşı olduğuna görə bir müddət öncə ambulator müalicə üçün evə buraxılıb".

Qeyd edək ki,  oktyabrın 28-də Rauf Abdullayev halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətləri ilə Bakı Sağlamlıq Mərkəzinə müraciət edib.

Seçilən
31
10
Ajans.az

10Mənbələr