Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Suriya nümayəndə heyəti ABŞ-ın vasitəçiliyi ilə İsraillə görüş keçirir.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, SANA-ya danışan hökumətdəki mənbənin sözlərinə görə, Suriya Ərəb Respublikasından olan nümayəndə heyətinə xarici işlər naziri Əsəd Həsən əl-Şeybani və Baş Kəşfiyyat İdarəsinin direktoru Hüseyn əl-Səlami başçılıq edir.
Mənbə vurğulayıb ki, danışıqlar əsasən 1974-cü il tarixli Qoşunların Çəkilməsi Sazişinin bərpasına yönəlib. Bu çərçivədə məqsəd İsrail qoşunlarının 8 dekabr 2024-cü ildən əvvəl mövcud olan mövqelərə geri çəkilməsini təmin edən, Suriyanın tam suverenliyinə üstünlük verən və Suriyanın daxili işlərinə hər hansı müdaxilənin qarşısını alan balanslaşdırılmış təhlükəsizlik sazişidir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.