ain.az, Footbal-plus saytına istinadən bildirir.
Manor Solomon klubunu növbəti dəfə dəyişib."Football-plus.az" xəbər verir ki, “Tottenhem” onu “Vilyarreal”dan icarədən geri çağırıb. London klubunun rəsmi saytının yaydığı xəbərə görə, israilli hücumçu bu mövsümün sonuna qədər “Fiorentina”da icarə əsasında çıxış edəcək.Solomon 2025/26 mövsümünün ilk yarısında “Vilyarreal”ın heyətində 11 oyuna çıxıb və 1 qol vurub. Hücumçu 2023-cü ilin yayında azad agent kimi “Tottenhem”ə qoşulub. O, London klubunda 6 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib. Manorun “Tottenhem”lə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.