Bayram günlərində Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb.
Qurumun mətbuat xidmətindən Ölkə.Az-a verilən məlumata görə, 31 dekabr 2025-ci il tarixindən 4 yanvar 2026-cı il tarixinədək xidmətə respublika üzrə 27.779 zəng daxil olub.
Bunlardan 14.449-u paytaxt Bakıda, 13.330-u isə regionlarda qeydiyyata alınıb.
Təcili yardım xidmətinə zəng edən 2193 nəfər müxtəlif tibb müəssisələrində xəstəxanaya yerləşdirilib, qalanlarına isə yerində lazımi yardım göstərilib.
Xəstəxanaya yerləşdirilənlərdən 1077-si Bakıda, 1116-sı isə ölkənin regionlarında olub.