Venesueladakı əməliyyatdan sonra Kuba süquta uğrayacaq
Azreform.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp Kubanın taleyinin Maduronun devrilməsi və Venesuelanın bölgədəki müttəfiqlərini maliyyələşdirmək qabiliyyətini itirməsi ilə əlaqəli olduğunu bildirib.
Tramp ABŞ-ın Kubada əməliyyatının nəzərdən keçirilib-keçirilmədiyi ilə bağlı suala cavab olaraq bildirib: “Düşünürəm ki, sadəcə çökəcək. Düşünmürəm ki, hansısa bir tədbir görməliyik. Deyəsən çökür”.
Kuba qüvvələri Maduronun hakimiyyətinin qorunmasında əsas rol oynayıb. Xüsusilə,
Dövlət katibi Marko Rubionun sözlərinə görə, Maduronun hakimiyyətinin qorunmasında əsas rol oynayıb. “Maduronu Venesuela mühafizəçiləri yox, kubalılar qoruyurdu”, - o vurğulayıb.
Mürtəza