ain.az, Kulis.az portalına istinadən məlumat yayır.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinematoqrafçılarımızın işgüzar səfərlərini dəstəkləməyə davam edir.
Məhz bu məqsədlə yaradılmış “Kinosəyyah” proqramı çərçivəsində geridə qoyduğumuz 2025-ci ilin 4-cü rübündə AKİ-nin maliyyə dəstəyilə rejissorlar Amil Məmibəyli (Türkiyə), Ələmdar Faiq (Çexiya), İmaməddin Həsənov (Niderland) və Ülviyyə Əhmədova (Estoniya) beynəlxalq filim festivallarında ölkəmizi təmsil ediblər.
Kulis.az xəbər verir ki, AKİ Azərbaycan kinosunun dünya kinosuna inteqrasiyası, həmçinin beynəlxalq əlaqələrin inkişafı və yerli kinematoqrafçıların peşəkarlığının artırılmasını əsas məqsədlərindən biri hesab edir.
Bütün bunların reallaşmasında beynəlxalq tədbirlərdə, kino təlimlərində iştirak vacib rol oynayır.
Bu məqsədlə, AKİ 2026-cı ildə də “Kinosəyyah” proqramı çərçivəsində kinematoqrafçılarımızın beynəlxalq tədbirlərdə iştirakını dəstəkləməyi planlaşdırır.
Neyləyirəm o ürəyi - Bəxtiyar Vahabzadə
"Ya qal burada işlə, silahdaş olaq, ya da..." - Stalin Rəsulzadəni niyə ölümdən xilas etmişdi?
Xocalı türbəsinə bitişik məqbərə yeri aşkarlandı
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.