Karakasdakı Rusiya səfirliyi Rusiya vətəndaşlarını Venesuelaya səyahət etməkdən çəkinməyə çağırıb...
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya İqtisadi İnkişaf Nazirliyi də rusiyalı turistlərə Venesuelaya səyahət etməkdən çəkinmələrini tövsiyə edib.
Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını ələ keçirib. Maduro hazırda Nyu-Yorkda narkoterrorizm ittihamları üzrə məhkəməni gözləyir.
Poliqon.info